📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Faiq Ağayev: “Çox böyük səhvə yol verdim” - VİDEO

2022-05-12 22:38:00

Faiq Ağayev: “Çox böyük səhvə yol verdim” - VİDEO

Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti buraxılışının qonağı Xalq artisti Faiq Ağayev olub.

Müğənni şou-biznesdə dostluqdan, gənc müğənnilərin tənqid olunmasından, mahnılarındakı ismarıclardan, reallaşdıra bilmədiyi arzusundan danışıb. 

Ən yaxın sənət dostlarından söz açan müğənni Xalq artisti Aygün Kazımova ilə mübahisə edəndə barışmaq üçün ilk addımı onun atdığını qeyd edib.

“Artistə geyimə görə irad tutarlar?! Bu, onun rollarıdır. Artist bu gün “Peyğəmbər”, sabah “İblis” rolunu oynaya bilər”, - deyə haqqındakı dedi-qodulardan bəhs edərkən deyib.