📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Faiq Ağayev Vikipediyada “ölmüş” göstərildi - Fotolar

2021-10-07 22:47:00

Faiq Ağayev Vikipediyada “ölmüş” göstərildi - Fotolar

Xalq artisti Faiq Ağayevin Vikipediya məlumatlarına müdaxilə olunub.

Müğənnin şəxsi məlumatlarına “ölüm tarixi” əlavə olunub.

Bu barədə F.Ağayev sosial şəbəkədə bildirib:

“Son günlər ya erməni, ya da ki onların yeni nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediya məqalələrinə feyk ölüm məlumatları əlavə edirlər. Bu dezinformasiyalara uymayın. Artıq lazımi düzəlişlər etdik. Konkret mənim səhifəmə müdaxilə edən ünsürün İP ünvanı budur: 194.135.153.230”.

Xalq artisti hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin şəxs və ya şəxslərlə bağlı araşdırma aparılmasını xahiş edib. \\Manşet.az