"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
2026-10-18 19:05:06
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"ABŞ-nin 24 bankının fəaliyyətini izləyən KBW bank indeksi ardıcıl altı həftəlik eniş qeydə alaraq son 18 ilin ən uzunmüddətli azalma dövrünü yaşayıb. İndeks həmçinin avqust ayındakı zirvə göstəricisi ilə müqayisədə təxminən 13 % aşağı düşüb", - məlumatda bildirilib.
"Bloomberg"in məlumatlarına əsasən, "Bank of America"nın səhmləri 18 %, "State Street"in 14 %, "Citigroup"un səhmləri isə 10 % ucuzlaşıb.