📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fars-molla rejiminin QUDURĞANLIĞI

2022-05-21 16:08:00

Fars-molla rejiminin QUDURĞANLIĞI

O, Təbrizin “Səhənd” stadionunda Azərbaycan Respublikasının bayrağını qaldıranları “tula” adlandırıb.

"Ölkənin çörəyini yeyib stadionda Türkiyə və sionistlərin muzdlu tulaları kimi bağırıb iranlıları, böyük Kiri təhqir edənlər bilməlidirlər ki, onların Oğuz babaları çöllərdə bir tikə çörəyə görə talan və qətliam törətdikləri vaxtdan 2 min il qabaq Kir və iranlılar yer kürəsinin 50 fazinə hökm edirdilər”-deyə, parlament nümayəndəsi özünün tvitter hesabında yazıb.

O, Ərdəbildə qurulan Səfəvi dövlətinin Osmanlı imperiyasını məhv etdiyini, Nadir şahın bunu davam etdirdiyini iddia edib.

DİA.AZ xəbər verir ki, Hidayətullah Salehi stadionda Azərbaycan bayrağı qaldırıb və türkcə şüar verənlərin azınlıqda olduqlarını yazıb və Təbriz nümayəndələrindən məsələ ilə balı açıqlama vermələrini istəyib.

Qeyd edək ki, mayın 19-da Təbrizin "Səhənd" stadionunda "Traxtur" və "Persepolis" komandalarının qarşılaşması zamanı azərbaycanlı fəallar Azərbaycan Respublikasının bayrağını qaldırıblar.

Türkiyə bayrağı ilə birgə Azərbaycan bayrağının qaldırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sosial media fəalları iki komandanın oyununda İran bayrağının gözə dəymədiyi halda Azərbaycan Respublikasının bayrağının qaldırılması və coşğu ilə qarşılanmasını İran hökumətinə mesaj kimi dəyərləndiriblər.