Fars rejimi güneyli soydaşlarımızın ana dili hüququnu pozur, amma Çin dilini tədrisə başlayır
İran məktəblərində çin dili tədris olunacaq. İran adlı ölkənin yerli əhalisi, aborigeni olan güney azərbaycanlıların ana dili hüququnu pozan molla hökuməti vassallığını qəbul etdiyi Çinin dilini də təbliğ etmək öhdəliyi götürüb.
“Tasnim News”-un məlumatına görə, Ali Təhsil Şurasının qərarı və prezident İbrahim Rəisinin təsdiqi ilə 2024-cü ildən etibarən Çin dili İran məktəblərində tədris olunacaq. Çin dili ilə yanaşı ərəb dilinin tədrisi də nəzərdə tutulur.
Bu xəbər sosial mediada güney azərbaycanlılar tərəfindən geniş müzakirəyə səbəb olub.
İranda 35 milyona yaxın türk milləti olmasına baxmayarq, heç bir təhsil ocağında türk dilində tədrisə icazə verilmir. Bununla belə, İran hökuməti məktəblərdə çin, ərəb və fars dillərini məcburi fənn kimi tədris etməklə, ölkədə yaşayan digər etnik xalqların öz ana dillərində təhsil almaq hüququnu illərdir kobud şəkildə pozmağa davam edir.
Ülviyyə, Hurriyyet.az