📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FAS: “Rusiya Ermənistan kimi ölkələrin köməyi ilə “İsgəndər” və “Kinjal” raketlərini istehsal edir”

2023-07-18 11:51:00

FAS: “Rusiya Ermənistan kimi ölkələrin köməyi ilə “İsgəndər” və “Kinjal” raketlərini istehsal edir”

Hurriyyet.az xəbər verir ki, “Frankfurter Allgemeine Sonntagszeitung” nəşri amerikalı ekspertlərə istinadla yazıb: “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşları məişət texnikasını sökür və “İsgəndər” və “Kinjal” (Xəncə) raketlərinin yaradılmasında istifadə etmək üçün onlardan mikrosxemləri çıxarır.

Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Rusiya raketlərində istifadə edilən mikrosxemlər Aİ ölkələrindən əldə edilə bilir”.

Jurnalistlər belə hesab edirlər ki, Rusiya Ermənistan, Gürcüstan, Belarus, Qırğızıstan və Qazaxıstan kimi üçüncü ölkələrin köməyi ilə Avropa məhdudiyyətlərindən yan keçə bilir.

Hürr Tərcüman