📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Faşizm Rusiyanın dövlət siyasətinə çevrilib" - XAQANİ CƏFƏRLİ

2022-04-08 16:11:00

"Rusiyanın siyasi dairələrində Putinin Jirinovskinin yerinə kimi gətirəcəyi müzakirə olunur və əsas namizəd Leonid Slutski hesab olunur"

"Rus faşizminin əsas təbliğatçılarından olan Vladimir Jirinovski öldü. Onun başçılıq etdiyi Rusiya Liberal-Demokrat Partiyasının liberalizmlə heç bir əlaqəsi olmadığı kimi, rus faşizmin əsas təşkilatlarından idi". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Jirinovski ölsə də, faşizmi təbliğ edən Rusiya Liberal-Demokrat Partiyası mövcud olaraq qalır: "Rusiyanın siyasi dairələrində Putinin bu partiyanın başına kimi gətirəcəyi müzakirə olunur və əsas namizəd Leonid Slutski hesab olunur. Jirnovski ölümədən öncə Rusiyanın faşist dövlətinə çevrildiyini gördü. Ona görə də rus faşizminin əsas təbliğatçılarından olan Jirinovskinin ölümü heç nəyi dəyişmir".

Xaqani Cəfərli əlavə edib ki, rus faşizminin təbliğatçısı ölsə də, faşizm Rusiyanın dövlət siyasətinə çevrilib: "Belə ki, kloun öldü, sirk isə hələ də mövcuddur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az