📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fatih Terim "Qalatasaray"a qayıdır?

2022-11-09 19:51:00

Fatih Terim

"Qalatasaray" klubunun sabiq baş məşqçisi Fatih Terim yenidən komandanın "sükanı arxasına" keçə bilər.

Hurriyyet.Az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. 69 yaşlı mütəxəssis yenidən "sarı-qırmızılılar"ın baş məşqçi postuna qayıda bilər.

Belə ki, İstanbul təmsilçisinin rəhbərliyi yaxın gələcək üçün bu variantı nəzərdən keçirir. O cümlədən, "cim-bom"un azarkeşləri də 69 yaşlı mütəxəssisi yenidən komandada görmək arzusundadırlar.

Qeyd edək ki, hazırda "Qalatasaray"ı Okan Buruk çalışdırır.

Əlavə edək ki, Fatih Terim məşqçilik karyerası ərzində 4 dəfə "Qalatasaray"ı çalışdırıb. O, son olaraq 2017-2022-ci illərdə vəzifəsinin başında olub.\\Offsideplus.az