📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fatih Terimin bahalı saatı gündəm oldu - FOTO

2025-01-18 20:32:49

Fatih Terimin bahalı saatı gündəm oldu - FOTO

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim mətbuatın gündəminə gəlib.
Hurriyyet.Az Publika.az-a istinadən xəbər verir ki, "Əl-Şabab"a rəhbərlik edən mütəxəssis bu dəfə bahalı saatı ilə diqqətləri cəlb edib. 71 yaşlı çalışdırıcının 1,7 milyon lirə (təqribən 81560 manat) dəyərində olan aksesurı medianın gündəmindədir.
"Breguet Tradition" 7067 kolleksiyasına aid olan saat 40 mm-lik korpus diametri ilə seçilir. Onun dizaynı skelet üslubundadır. Saatın ağ qızıl versiyası daha çox satılır.
Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrın 26-dan "Əl-Şabab"a rəhbərlik edir. O, Səudiyyə Ərəbistanı klubu ilə 6 aylıq və dəyəri 1,6 milyon dollar olan müqavilə imzalayıb.