📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fatma Girik vəfat etdi

2022-01-24 12:19:00

Fatma Girik vəfat etdi

Tanınmış türkiyəli aktrisa Fatma Girik 79 yaşında vəfat edib.

Hurriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bir müddətdir İstanbulda xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, 1942-ci il dekabrın 12-də İstanbulda anadan olan F.Girik daha çox “Yeşilçam” ulduzu kimi populyarlıq qazanıb.

***

Fatma Girikin ölüm səbəbi açıqlanıb.

“Hürriyet”in yazdığına görə, aktrisa COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat edib.