📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fauci koronanın bitəcəyi tarixi AÇIQLADI

2021-11-17 12:44:00

Fauci koronanın bitəcəyi tarixi AÇIQLADI

Peyvənd nisbəti artarsa, gələn ilin yazında COVİD-19 pandemiya kateqoriyasından endemik (yerli əsaslı xəstəlik) kateqoriyasına keçə bilər.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci deyib.

“Hazırda ABŞ-da əhalinin 70 faizindən çoxu peyvəndin tam dozasını alıb. Əgər ABŞ-da daha çox insan peyvənd olunarsa və ABŞ hökuməti gücləndirici vaksinləri hamı üçün əlçatan edərsə, virus 2022-ci ilin yazında nəzarət altına alına bilər”, - deyə Fauci bildirib.

Onun sözlərinə görə, COVİD-19 tamamilə yox olmayacaq və xəstəliyin cəmiyyətdə təsiri davam edəcək:

“Koronavirus bir müddətdən sonra qrip və ya qızılca kimi olacaq. Peyvəndin azaldıcı təsirini artırmaq üçün gücləndirici dozalar həyati əhəmiyyət kəsb edir”.