📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fazil Əliyev VƏFAT ETDİ

2026-10-31 22:29:38

Fazil Əliyev VƏFAT ETDİ

Naftalanda Fəxri bədən tərbiyəsi və idman işçisi vəfat edib.

Məlumata görə, Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Tofiq oğlu Əliyev 1993-2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016-2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb.

O, idman sahəsindəki xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb.//Oxu.az