Fazil Məmmədovun ölüm xəbəri təsdiqləndi - YENİLƏNİB + CANLI YAYIM
Baku TV-nin əməkdaşları mərhum vergilər naziri Fazil Məmmədovun evinin qarşısından canlı yayıma çıxıb.
Həmin görüntüləri təqdim edirik:
***
Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.
İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.
***
Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyi iddia olunur.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Mərhumun nəşi bu gün Bakıya gətiriləcək.
Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.