📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fazil Mustafa: Cəmiyyətdə qadının rolu artmalıdır, istər icra hakimiyyətində, istər digər dövlət vəzifələrində

2024-05-24 13:20:24

Fazil Mustafa: Cəmiyyətdə qadının rolu artmalıdır, istər icra hakimiyyətində, istər digər dövlət vəzifələrində

Fazil Mustafa Milli Məclisin plenar iclasında gender bərabərliyinə dair müzakirəsində boşanmalar və bununla bağlı problemlərə toxunub.

O bildirib ki, nikah sayında azalma var, işsizlik və digər sosial problemlər imkan vermir ki, insanlar ailə qursunlar. 

"705 min boşananlar, 43 600 ailə mübahisələr üzrə Mediasiyaya müraciət edib. Təxminən 150 mindən artıq ailə bu vəziyyətdə yaşayır. Selektiv abortlar 27 faiz artıb ki, bu da təhdidi yaratmaqdadır. 860 saylı dəstək xəttinə 302 müraciət olub.  2023-cü ildə 640 intihar olub. Bundan başqa qadın resurs mərkəzlərinin fəaliyyətini güclənməsindən söhbət gedir. Qadın sahibkarlığının artmaması bürokratik əngəllərlə bağlıdır. Cəmiyyətdə qadının rolu artmalıdır, istər icra hakimiyyətində, istər digər dövlət vəzifələrdə. Baxın bir nəfər də olsun qadın icra hakimi varmı?”, deyə deputat qeyd edib.

Ülviyyə, Hurriyyet.az