📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fazil Mustafa: Din həyatdır, amma buna elə kontekstdə baxmalısan ki, insana zərər vurmasın

2024-06-21 13:49:26

Fazil Mustafa: Din həyatdır, amma buna elə kontekstdə baxmalısan ki, insana zərər vurmasın

Milli Məclisin 2024-cü il 21 iyun tarixində keçirilən növbədənkənar sessiyasının iclasında deputat Fazil Mustafa Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edib. 

O, "sovet rejiminin mürtəce qanunları olsa da cəhalətə qarşı addımların çox az hissəsini biz mənimsəmişik. Biz mənəvi dəyərlərimizə hörmət etməliyik, amma dünyəvi cəmiyyət uğrunda atılan addımlardan biri ailə institutunun quruyub saxlamaqdır", deyə məsələyə münasibətini ifadə edib.

"Dini nikahlarla bağlı daha fərqli davranmalıyıq. Qurani-Kərimdə Azərbaycan qadının yaşadığı problemi görürük. Azərbaycan qadını bu gün daha çox təhsil almaqdadır. Dini nikahın yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qadağan olunması çox mühüm məsələdir. Din həyatdır, amma buna elə kontekstdə baxmalısan ki, insana zərər vurmasın. Qohum nikahlarının fəsadları ilə bağlı statistika çox deyil. Qohum nikahları insanları dar çərçivədə saxlayır. İnsanları dar çərçivədən çıxarmaq lazımdır. İnsanların mədəni səviyyəsi və sosiallaşması artmalıdır", deyə Fazil Mustafa fikir səsləndirib. 

Ülviyyə, Hurriyyet.az