📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fazil Mustafa: “Məktəbdə kitab pulsuzdur, amma on dənə əlavə vəsait var"

2022-03-04 13:41:00

Fazil Mustafa: “Məktəbdə kitab pulsuzdur, amma on dənə əlavə vəsait var

“Əslində, biz edə bilmədiyimizi Ombudsman da edə bilmir. Çünki bizdə insan hüquqlarına fərqli münasibət var”.

Hurriyyet.az xəbər verir ki, bu fikri deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdə, İnsan haqları üzrə Müvəkkilin hesabatının müzakirəsi zamanı söylədi.

Deputat əksər sahələrdə qanun pozuntularına yol verildiyinə diqqət çəkdi: “Təsəvvür edin ki, yüzlərlə insanın mülkiyyət hüququ pozuldu, bir mənzil üç nəfərə satılır. Kitab pulsuzdur, amma on dənə əlavə vəsait var. Valideyn elə kitaba pul versə, daha yaxşı idi. Valideyn sıxıntı çəkir”.

F.Mustafa məmurlar biganəliyindən şikayətləndi: “Mən bir nazirə zəng vurmuşam, köməkçisinə telefon nömrəsini vermişəm ki, vaxtı olanda zəng etsin. Bir aydır hələ zəng gözləyirəm. Bir deputatı aramırlarsa, hansısa bir işçini niyə arasınlar? 20 illik pedaqoji təcrübəsi olan bir müəllimi işdən çıxarıblar. Təsəvvür edin, şagird yetişdirməli olan müəllim pomidor yetişdirməli olur. Onu işinə bərpa etdirməyə bizim gücümüz çatmırsa, müəllim neyləsin? Proseduru elə çətinləşdirdik ki, artıq adamlar məsrəfi hesablayıb, müraciət etmir. Biz hakimin işi yüngül olsun dedik, amma vətəndaşın işini çətinləşdirdik. Hesabat normaldır, amma onun icrası kifayət qədər mürəkkəbdir”.