📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fədayə Azərbaycana köçür

2026-11-28 18:15:12

Fədayə Azərbaycana köçür

Uzun illərdir Rusiyada yaşayan müğənni Fədayə Laçın Azərbaycana köçmək qərarı verib.

Modern.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb. O, 2027-ci ildə birdəfəlik Azərbaycana qayıdacağını açıqlayıb.

“Birdəfəlik gələcəyəm. Artıq darıxıram. Oxumaq istəyirəm. Verilişlər, səhnələr üçün darıxmışam. Nə qədər toyda oxumaq olar? Musiqi mənim nəfəsimdir. Allah mənə səs verib ki, oxuyum” deyə, müğənni bildirib.