Fəhlələr yol kənarında çanta tapdı: İçinə baxanda DƏHŞƏTƏ GƏLDİ - FOTOLAR
2021-11-04 00:10:00
İstanbulda fəhlələr işə gedərkən qəribə hadisə ilə üzləşiblər.
Onlar yol kənarında çanta görüblər. Çantanı açan fəhlələr heyrətə gəliblər. Çantanın içində dünyaya yeni gəlmiş körpə olub. Dərhal hadisə barədə polisə məlumat verilib.

Qız uşağı xəstəxanaya çatdırılıb. Onun səhhəti normaldır. Məlum olub ki, uşaq yol kənarına atılmadan bir neçə saat əvvəl dünyaya gəlib.

Məlumata görə, tikinti firmasında işləyən şəxslər, çantanı yolun kənarına qoyan qadını da görüblər. Uşağın valideynləri kimlər tərəfindən küçəyə atıldığı barədə araşdırma aparılır. \\Kanal
