Fəhlələri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb - FOTO
2023-12-20 22:10:09
Türkiyənin Diyarbəkir şəhərində inşaat işçilərini daşıyan mikroavtobusun idarəetmədən çıxaraq tarlaya uçması nəticəsində 15 nəfər yaralanıb.
Hurriyyet.Az "TRT Haber"ə isyinadən xəbər verir ki, qəza axşam saatlarında Diyarbəkir-Şanlıurfa yolunun 12-ci kilometrliyində baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb edilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza ilə bağlı araşdırma başlanılıb.

E-huquq.az