📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

 Fələstin bayraqları türklərin əllərində

2026-10-08 15:28:54

 Fələstin bayraqları türklərin əllərində

Fələstin deyə-deyə tük bitdi dillərində.
Ömər Fəxrəddin paşa o ərəb  çöllərində .
Varsa çəyirtkə yeyib  ordunu saxlayanlar. 
Hanı ərəblər üçün yas tutub ağlayanlar?!

***

Fələstin bayrağında əsir türkün qanı var.
Min kərə imdad deyən şəhidimin canı var .
Ona qardaş deyənin nə dini imanı var?
Şərqi Türküstandadır ürəyi dağlayanlar.

Hanı ərəblər üçün yas tutub ağlayanlar?!

***

"Haylar bizə qardaşdır" dedi Yasir Ərəfat.
Onlar deyirdi bunu, bu deyil heç zarafat.
İnan bunlarda yoxdur heç bir qədir-şərəfat

Onlar deyil, yaralı türkün gözün oyanlar?
Hanı ərəblər üçün yas tutub ağlayanlar?!

***

"Türk öldürmək savabdır"dedi Məkkə şərifi
Gəldi ona Londondan və Parisdən tərifi.
Tarix yaxşı tanıyır Laurens kimi hərifi 
İngilis hiyləsiylə silahı yağlayanlar.
Hanı ərəblər üçün yas tutub ağlayanlar ?!

Toğrul Azəroğlu