Fələstin BRİKS-ə qoşulmağa hazırlaşır
2024-08-26 16:29:57
Hurriyyet.az TASS informasiya agenliyinə istinadla xəbər verir ki, Fələstin Kazan sammitindən sonra BRİKS-ə daxil olmaq üçün müraciət edəcək. Bu barədə məlumatı Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nöfəl verib. Diplomat deyib: "Sammitdəki ilk iştirakımızdan sonra bu birliyə qoşulmaq üçün müraciət edəcəyik".
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sessiyanın tamamilə Fələstinə həsr ediləcəyini vəd edib.
Hürr Tərcüman