📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fələstin Dövlətinin Prezidenti Türkiyəyə səfərə gəlir

2026-08-11 19:53:18

Fələstin Dövlətinin Prezidenti Türkiyəyə səfərə gəlir

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfərə gəlir.
Hurriyyet.Media  xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub.
Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyi gözlənilir.
Səfər avqustun 13-də başa çatacaq.
2024-cü il avqustun ortalarında Türkiyənin paytaxtı Ankaraya səfəri zamanı Fələstin Dövlətinin Prezidenti Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclasında çıxış edərək yaxın vaxtlarda Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirmişdi.