📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fələstin-İsrail münaqişəsi niyə məhz indi alovlandırıldı? - SƏBƏBİ

2023-10-19 13:09:55

Fələstin-İsrail münaqişəsi niyə məhz indi alovlandırıldı? - SƏBƏBİ

Ərəstun Oruclu: "Aranı qarışdıranlar üçün önəmli olan öz qlobal maraqlarını təmin etməkdir, bu, nə qədər ədalətsiz olsa da faktdır"

"Fələstin-İsrail münaqişəsi yenidən ona görə alovlandırıldı ki, qlobal layihələrin həyata keçirilməsinin qarşısı alınsın və ya onlar başqaları ilə əvəzlənsin". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, bu səbəbdən də kimin haqlı, kimin haqsız olması barədə mübahisələr baş verənlərin yalnız humanitar aspektlərinə aiddir: "Aranı qarışdıranlar üçün isə önəmli olan öz qlobal maraqlarını təmin etməkdir. Bu, nə qədər ədalətsiz olsa da faktdır. Tarix boyu da belə olub: böyük maraqlar naminə günahsız insanların hesabına böyük qurbanlar verilib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az