Fələstin muxtariyyəti İranı HƏMAS-yə verdiyi dəstəyə görə günahlandırır
Fələstin muxtariyyəti İranı HƏMAS-yə verdiyi dəstəyə görə günahlandırır. Bu barədə ABŞ-ın Amerikanın “Al-Monitor” analitik mərkəzi xəbər verir.
Belə ki, Fələstin muxtariyyətinin sədri Abbas, “İran fələstinlilərin qanını qurban vermək istəyir”, deyə bildirib. Onun bəyanatı İranın ali dini lideri Xameneinin 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən hücumu təriflədiyi çıxışına cavab olaraq verilib. Abbasın sözlərinə görə, “belə çıxışlar müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmayacaq”.
Bundan əvvəl Fələstin muxtariyyəti rəhbərinin müşaviri əl-Həbbaş da oxşar bəyanatla çıxış etmişdi. O qeyd edib ki, İranın “oktyabrın 7-də baş verənləri qiymətləndirməyə haqqı yoxdur və Tehran öz məqsədləri üçün Qəzza zolağında müharibə başlayandan bəri HƏMAS-nin bütün hərəkətlərini dəstəkləyir”.
Ülviyyə, Hurriyyet.az