📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fələstin ölsə, bəşəriyyət də öləcək - Kolumbiya Prezidentindən AÇIQLAMA

2024-05-14 11:20:57

Fələstin ölsə, bəşəriyyət də öləcək - Kolumbiya Prezidentindən AÇIQLAMA

Fələstin ölsə, bəşəriyyət də öləcək. Bu fikri Kolumbiya prezidenti Qustavo Petro ifadə edib. 

“Cənab Netanyahu, siz soyqırım törədən şəxs kimi tarixə düşəcəksiniz. Minlərlə günahsız uşaq, qadın və qocanın üzərinə bomba atmaq sizi qəhrəman etmir”, Bu sözləri Kolumbiya prezidenti Qustavo Petro özünün X mikrobloqunda Netanyahunun Petronu “Həmas”a dəstək verdiyinə görə biabır edən paylaşımını şərh edərkən yazıb.

O, Netanyahunu Avropada milyonlarla yəhudini öldürən nasistlərlə müqayisə edərək, öldürülənlərin dinindən asılı olmayaraq, “soyqırım soyqırımdır” deyib.

Ülviyyə, Hurriyyet.az