📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fələstin Prezidenti Qəzzaya getmək istəyir

2024-08-16 10:17:44

Fələstin Prezidenti Qəzzaya getmək istəyir

Hurriyyet.az "Anadolu agentliyi"nə istinadla xəbər verir ki, Fəlsətin Prezidenti Mahmud Abbas  avqustun 15-də Türkiyə parlamentində çıxış edib. Çıxış zamanı o, Fələstin hökumətinin üzvləri ilə birlikdə Qəzza bölgəsinə səfər etmək niyyətində olduğunu bəyan edib: "Başqa yol yoxdur. Bununla əlaqədar mən və Fələstin hökumətinin bütün üzvləri Qəzzaya getməyi qərara almışıq və bunu edəcəyik".
Mahmud Abbas Fələstin xalqının hüquqlarını dəstəklədiyinə və Qəzza bölgəsinə onlarla ton humanitar yardım göndərdiyinə görə Türkiyə dövlətinə minnətdarlığını bildirib.
Hürr Tərcüman