📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fələstində 2 mindən yuxarı uşaq həlak olub

2023-10-24 09:24:05

Fələstində 2 mindən yuxarı uşaq həlak olub

Hurriyyet.az xəbər verir ki, “Uşaqların xilası” (“Save the Children”) beynəlxalq xeyriyyə təşkilatının məlumatına görə, Fələstin-İsrail münaqişəsinin alovlanmasından keçən 17 gün ərzində Qəzzada və İordan çayının qərb sahilində 2 min nəfərdən artıq uşaq həlak olub.

Açıqlamada deyilir: “Son 17 gün ərzində Qəzzada azı 2 min uşaq, daha 27 uşaq isə İordan çayının qərb sahilində həlak olub. Qəzza dektoruna daimi aviazərbələr minlərlə binanı tüstülənən daş-çınqıl qalaqlarına çevirir”.

Açıqlamada 4600 uşağın yaralandığı deyilir.

Hürr Tərcüman