Fələstinin dövlət başçısı Moskvada Putinlə görüşəcək
2024-08-12 19:09:47
Hurriyyet.az xəbər verir ki, avqustun 13-də RF Prezidenti Vladimir Putin ilə Fələstin dövlətinin başçısı Mahmud Abbasın görüşü keçiriləcək. Görüşün əsas mövzuları ikitərəfli əməkdaşlığın inkişafı, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və Qəzza bölgəsindəki humanitar fəlakət olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Mahmud Abbas 12-14 avqust tarixlərində Rusiyada rəsmi səfərdə olacaq.
Hürr Tərcüman