Fələstinli diplomat “Makdonalds” şirkətini boykot etməyə çağırdı
Hurriyyet.az xəbər verir ki, Fələstinin Malayziyadakı səfiri Valid Əbu Əli ictimaiyyəti “Starbaks” (“Starbucks”) və “Makdonalds” (“McDonald's) şirkətlərini boykot eləməyə çağırıb. Səfir İsraillə əlaqələri olan və onu dəstəkləyən şirkətlərin məhsullarından və xidmətlərindən imtina etmək lazım olduğunu, bunun söyləyib. Buna misal olaraq, “Starbaks” və “Makdonalds” firmalarının adlarını çəkib.
Bundan əvvəl də Malayziya xəmiyyətində Coca-Cola, Nestle, IBM, KFC, McDonald's и Starbucks kimi şirkətlərin məhsullarını boykot ermək çağırışları olub.
Səfir deyib: “Malayziyalıları, fələstinliləri, ərəbləri, müsəlmanları və insan hüquqları ilə demokratiyanı müdafiə edən hər kəsi İsraili dəstəkləyən şirkətlərin məhsullarını boykot etməyə çağırıram. Siz bir fincan “Starbaks” kofesi alırsınızsa, dolayısı ilə fələstinlini güllələyən, yaxud da öldürən isralli əsgəri dəstəkləyirsiniz. “Makdonalds”a gedib bir fincan kofe və ya hamburger alanda da, əslində İsraili dəstəkləyirsiniz”.
Hürr Tərcüman