Fələstinlilər arasında nifaq! Səudiyyə Ərəbistanı vətəndaşlarını Livandan çıxmağa çağırdı
2023-08-05 09:27:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Beyrutdakı səfirliyi öz vətəndaşlarını dərhal Livan ərazisini tərk eləməyə çağıraraq, atışma bölgələrinə yaxınlaşmamaqla bağlı xəbərdarlıq edib. Bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi yayıb.
Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi Ayn Əl Halvada iyulun 29-dan bəri aralarında Fəth hərəkatının da olduğu fələstinli qruplar arasında baş verən toqquşmalar zamanı 12 nəfər həlak olub, 60 nəfərdən çox insan yaralanıb.
Livan tərəfinin vasitəçiliyi ilə iyulun 31-də atəşkəs razılaşması əldə edildiyi açıqlansa da, tərəflər arasında vaxtaşırı atışmalar baş verir.
Hürr Tərcüman