"Fələstinlilərə əzab verənlər məhz elə həmtayfalarıdır" - ZAUR MƏMMƏDOV
"Hazırda döyüşlər gedən bölgədə birdəfəlik yəhudi dövlətlətinin sərhədləri cızılsa, bəlkə mülki əhali yəhudi - ərəb münaqişəsinin qurbanı olmaqdan xilas olar"
"Ərəblər sübut etdilər ki, dövlətçilikləri olmayıb, olmayacaq da. Vaxtilə islamın keşikçisi Osmanlı dövlətinə, türklərə qarşı digər dinlərin nümayəndələri ilə ittifaq quran səhra adamları müstəqil olmaq istədilər və nəticədə dövlət də qurdular". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Politoloq bildirib ki, üstündən 1 əsr vaxt keçməsinə baxmayaraq, milyonlarla ərəb nə suveren siyasət yürüdə bilir, nə də islamı, dini abidələri qoruya bilir: "Fələstinlilərə kömək etmək iqtidarında olmayan və bunu heç düşünməyən ərəb dünyası tarixinin ən utancverici çağını yaşayır. Fələstinlilərə əzab verənlər məhz elə həmtayfalarıdır. Hazırda döyüşlər gedən bölgədə birdəfəlik yəhudi dövlətlətinin sərhədləri cızılsa, bəlkə mülki əhali yəhudi - ərəb münaqişəsinin qurbanı olmaqdan xilas olar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az