📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fəlsəfə doktoru Nadir İsmayılov vəfat etdi

2026-10-25 21:21:20

Fəlsəfə doktoru Nadir İsmayılov vəfat etdi

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib.

Modern.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov ölüb.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki 1960-cı ildə anadan olan Nadir İsmayılov 1981-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.

Əmək fəaliyyətinə 1977-ci ildə başlayan Nadir İsmayılov müxtəlif təhsil müəssisələrində müəllim və məktəb direktoru vəzifələrində çalışıb. O, 1996-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kabinəsinin müdiri, 2007-ci ildən müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərib.

Uzunillik pedaqoji fəaliyyəti ilə seçilən Nadir İsmayılov gənc nəslin təlim-tərbiyəsinə və universitetin elmi-pedaqoji həyatına mühüm töhfələr verib.