📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fənərbağça" Arda Gülərin yerinə 10 milyon avroluq transfer reallaşdırır

2023-07-05 20:10:00

Arda Gülərin "Fənərbağça"dan ayrılacağını nəzərə alan klub rəhbərliyi, "Yuventus"un türk əsilli gənc istedadı Kənan Yıldızı heyətinə qatmağa hazırlaşır.

Hurriyyet.Az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, İstanbul təmsilçisi futbolçuya iddialı təklif ünvanlayıb. "Sarı-lacivərtlilər" 18 yaşlı futbolçu üçün 10 milyon avro təklif edib. Məlumata görə, Kənan Yıldız təklifi rədd etməyib. Lakin o hələ transfer barədə yekun qərarını verməyib.

Xatırladaq ki, Arda Gülər Madrid "Real"ına keçəcək. \\Offsideplus.az