📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fənərbağça" Ardanın yerini 10 milyonluq transferlə doldurur

2023-07-08 20:23:00

Arda Güləri 20 milyon avroya Madrid "Real"ına satan "Fənərbağça" klubu onun yerini doldurmaq üçün transfer axtarışlarını davam etdirir.

İstanbul təmsilçisi Moskva "Dinamo"sundan Sebastian Şimanskinin keçidində maraqlıdır. Artıq 24 yaşlı yarımmüdafiəçi üçün Rusiya klubuna 10 milyon avroluq təklif göndərilib.

Tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Şimanski ötən mövsümü "Feyenord"da keçirib.\\Offsideplus.az