📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fənərbağça" dünya ulduzu hücumçunu transfer edir

2022-09-21 20:27:00

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Hurriyyet.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Luis Suares üçün hərəkətə keçib. Belə ki, oktyabr ayında Uruqvayın "Nasyonal" klubundan ayrılacağı gözlənilən 35 yaşlı hücumçunun qışda "Fənərbağça"ya keçəcəyi gözlənilir.

Hazırda təcrübəli oyunçunun meneceri ilə danışıqlar aparılır. Suares özü də Super Liqada oynamaq niyyətindədir. "Sarı-lacivərtlilər"in baş məşqçisi Yorqe Jesus bu transferin həyata keçirilməsində israrlıdır.

Qeyd edək ki, uruqvaylı hücumçu indiyədək "Liverpul", "Barselona" və Madrid "Atletiko"su kimi klublarda çıxış edib. \\Offsideplus.az