"Fənərbağça" İPL-də oynayan məşhur hücumçunu transfer edir
2023-05-18 22:37:00
Türkiyənin "Fənərbağça" klubu heyətini tanınmış futbolçu ilə gücləndirməyə hazırlaşır.
İstanbul təmsilçisi, "Tottenhem"in braziliyalı hücumçusu Lukas Mouranı heyətinə qatmağa yaxındır.
Məlumata görə, 30 yaşlı forvard İngiltərə klubu ilə bu ilin 30 iyununda başa çatacaq müqaviləsini yeniləməyəcək. Moura "Fənərbağça"da çıxış etməyə razıdır.
Qeyd edək ki, sambaçı" 2018-ci ildən "Tottenhem"in uğurları üçün çalışır.\\Offsideplus.az