📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fənərbağça"dan ayrılan Özilin yeni klubu müəyyənləşdi

2022-07-12 19:23:00

“Fənərbağça” klubundan ayrılan Məsut Özilin yeni dayanacağı "Başakşəhər" olacaq.

Tərəflər arasında razılıq əldə olunub. Məlumata görə, 33 yaşlı yarımmüdafiəçi klubun baş məşqçisi Əmrə Bəlözoğlu ilə yaxın dostdur. Özil bu səbəbə görə, sözügedən komandanın sıralarına qoşulmağa qərar verib.

Qeyd edək ki, təcrübəli oyunçu “Fənərbağça”nın əsas komandasından qovulmuşdu.\\Offsideplus.az