📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fənərbağça"dan MÜHÜM QƏRAR: Növbəti prezident seçkisinin tarixi rəsmiləşdi

2026-04-28 17:56:52

"Fənərbağça" klubunda maraqla gözlənilən növbəti prezident seçkisinin dəqiq tarixi artıq bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb. İlk yığıncaqda kifayət qədər səs çoxluğu təmin olunmasa, seçkinin ikinci mərhələsi keçiriləcək.

Xatırladaq ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.