“Fənərbaxça” baş məşqçisini İSTEFAYA GÖNDƏRDİ
2024-05-31 20:07:44
“Fənərbaxça” baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.
Bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Superliqasında 2023/24 mövsümünü 99 xalla 2-ci pillədə başa vurub.
Xatırladaq ki, yeni baş məşqçi vəzifəsinə Joze Mourinyonun gətiriləcəyi iddia olunur. \\Savaş.org