📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Fənərbaxça”nın AL üçün iştirak ərizəsi bəlli olub

2026-02-06 21:11:52

“Fənərbaxça”nın AL üçün iştirak ərizəsi bəlli olub

"Fənərbaxça"nın UEFA Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi bəlli olub.

Apoasport.az xəbər verir ki, klub yenilənmiş siyahını UEFA-ya bildirib.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni iştirak ərizəsində qış transfer pəncərəsində komandaya qoşulan 3 oyunçunun da adı yer alıb. Bunlar Nqolo Kante, Sidiki Şerif və Mateo Genduzidir.

Qeyd edək ki, Türkiyə klubu pley-off mərhələsində "Nottingem Forest"lə qarşılaşacaq.