📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fərəh Pəhləvidən muraciət: İran hərbi qüvvələri əllərini daha çox qana bulaşdırmasınlar

2022-09-28 12:51:00

Fərəh Pəhləvidən muraciət: İran hərbi qüvvələri əllərini daha çox qana bulaşdırmasınlar

İranın keçmiş şahının həyat yoldaşı Fərəh Pəhləvi bu gün yaydığı müraciətdə İranda ordu və təhlükəsizlik qüvvələrini öz həmvətənlərini təqib etməyi və onların qanını tökməyi dayandırmağa səsləyib.
Müraciətdə deyilir: “Mən bir ana adı ilə bütün polis qüvvələrinə, orduya, SEPAH, “bəsicilərə”, mülki geyimli hökumət güclərinə və hər hansı düşüncəyə sahib olan digərlərindən xahiş edirəm ki, əllərini öz həmyerli gənclərinin qanına daha çox bulaşdırmasınlar”.
İranın sonuncu kraliçası etirazçılara da xitabən bildirib: “Narahatlıq və ümidlə mən sizin dastanlarınızı aldanmış qara qüvvələrlə qarşıdurmada, saatbasaat izləyirəm”.

Ülviyyə, Hurriyyet.az