📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fərhad Abdullayev: "Hər bir məhkəmənin qapıları insanın üzünə daim açıq qalmalıdır"

2022-07-09 20:37:00

Fərhad Abdullayev:

"Hər bir məhkəmənin qapıları insanın üzünə daim açıq qalmalıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi baxımından məhkəmələrə əlçatanlığı təmin etmək olduqca vacibdir. Əlbəttə ki, bu proses yalnız Konstitusiya və qanun çərçivəsində həyata keçirilməlidir. Çünki vətəndaş məhkəmənin simasında onun qanun əsasında hüquqlarını müdafiə edə bilən dövlət hakimiyyəti təsisatını görür".

Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, vətəndaş tərəfindən məhkəməyə təqdim edilən hər hansı müraciət ümidlə yanaşı, dövlətə olan etimadın təzahürüdür: "Bu etimad, o cümlədən konstitusiya şikayəti vasitəsi ilə də ifadə olunur. Əminliklə deyə bilərəm ki, ölkəmizdə konstitusiya şikayəti institutunun insan hüquq və azadlıqlarının müdafiəsində nisbətən yeni olmasına baxmayaraq, 20 ilə yaxın bir dövr ərzində tətbiq olunan bu mexanizm faydalı və səmərəli olduğunu sübut etdi. Belə ki, konstitusiya nəzarəti orqanına fərdi qaydada müraciət etmək imkanı insan hüquqlarına Konstitusiya səviyyəsində riayət edilməsinin təminatının vacib vasitələrindən biri kimi qəbul olunur".

Sədr qeyd edib ki, bu gün istənilən məcəllə və qanunlarımızda aparılan bir sıra mühüm dəyişikliklər, onların qəbul olunması və korreksiyasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri, qəbul etdiyi qərarlar xüsusi yer tutur: "Bu qərarlar həm səlahiyyətli subyektlərin sorğuları, məhkəmələrin müraciətləri, habelə konstitusiya şikayətləri əsasında qəbul edilmişdir". \\E-huquq.az