📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fərid Əhmədov yeni rəis müavini təyin etdi

2025-12-23 22:41:04

Fərid Əhmədov yeni rəis müavini təyin etdi

Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub.

Hurriyyet.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb.

Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır.