📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fermadan qaçan 70-dən artıq timsah axtarışdadır

2023-09-12 16:35:40

Fermadan qaçan 70-dən artıq timsah axtarışdadır

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Çinin cənubunda yağan güclü leysanlardan sonra baş verən sellər zamanı ölkənin cənubundakı Quandun vilayətindəki bir fermadan qaçan 70-dən artıq timsahı tapmaq üçün rəsmi orqanlar tərəfindən əməliyyat başladılıb. Yerli əhaliyə bayıra çıxmamaq üçün xəbərdarlıq edilib.

Yerli mediada yayılan videolarda ən azı 69 böyük və 6 bala timsajın kəndlərdən birinin yaxınlığında toplaşdığı görünür.

Hürr Tərcüman