📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fərrux kəndində insan qalıqları tapıldı — FOTO

2022-03-29 22:47:00

Fərrux kəndində insan qalıqları tapıldı — FOTO

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.