📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fərrux yüksəkliyində ekshumasiya aparılacaq

2022-03-31 10:53:00

Fərrux yüksəkliyində ekshumasiya aparılacaq

Fərrux yüksəkliyində və ətrafında müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.