📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Festivalda Madyarın üzünə içki atıldı - Video

2026-09-21 10:16:43

Festivalda Madyarın üzünə içki atıldı - Video

Macarıstanın Baş naziri Peter Madyar Seçardda keçirilən ənənəvi məhsul festivalında vətəndaşlarla görüşərkən hücuma məruz qalıb.

Hurriyyet.media  xəbər verir ki, Madyar festival ərazisində insanlarla söhbət edib şəkil çəkdirərkən naməlum şəxs onun üzünə içki atıb.

Hadisəyə dərhal müdaxilə edən mühafizəçilər və təhlükəsizlik əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Hadisədən sonra Madyar sosial media hesabında hücumçunu tənqid edib və onu “uğursuz Orban döyüşçüsü” adlandırıb.

Madyar bildirib ki, hücum edən şəxs onunla üz-üzə gəlməyə cəsarət etməyib.

“Hamının əyləndiyi, yüzlərlə insanla söhbət etməyimiz və şəkil çəkdirməyimiz həmin şəxsi narahat etmiş olmalı idi. Əlbəttə, yaxınlaşıb gözlərimin içinə baxmağa cəsarət etmirdi. Sərxoş, uğursuz Orban döyüşçüsü cəsarət toplamağa çalışırdı”, - deyə Madyar yazıb.