FETÖ ilə əlaqəsi olan 445 polis işdən çıxarıldı
2023-12-28 19:44:16
Fətullahçı Terror Təşkilatı ilə əlaqədə olduğu aşkarlanan 445 polis məmuru vəzifəsindən uzaqlaşdırılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.
O bildirib ki, həmin şəxslər barəsində inzibati araşdırma aparılıb.
"Terror təşkilatları və onların işbirlikçilərinə qarşı mübarizəmizi tərəddüd etmədən davam etdirəcəyik”, - deyə Yerlikaya bildirib.