📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FETO LİDERİ İLƏ BAĞLI ŞOK İDDİA – ABŞ-dəki iqamətgahından qaçırıldığı bildirilir (VİDEO)

2024-05-31 14:03:01

FETO LİDERİ İLƏ BAĞLI ŞOK İDDİA – ABŞ-dəki iqamətgahından qaçırıldığı bildirilir (VİDEO)

Uzun illərdir ABŞ-nin Pensilvaniya ştatındakı dəbdəbəli iqamətgahında yaşayan FETO terror təşkilatınn lideri Fətullah Gülənin qaçırıldığı bildirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə bir neçə gün öncə onun qardaşı oğlu Ebuseleme Gülən məlumat yaymışdı. O, F. Gülənin FETO təşkilatının yüksək səviyyəli rəsmiləri tərəfindən qaçırıldığını iddia etmişdi.

Qeyd edək ki, “Hürriyət” qəzetinin Ankara təmsilçisi Hande Fırat “CNN Türk”-ün canlı yayımında Pensilvaniyada yaşananların təfərrüatları ilə bağlı maraqlı açqılamalar verib.

H. Fırat son vaxtlar Fətullah Gülənin səhhətinin pisləşdiyini, təşkilat daxilində xaotik bir vəziyyətin yarandığını bildirib: “F. Gülənin şəkər xəstəsi olması artıq hər kəsə məlumdur. Yaşı ilə əlaqədar onun səhhətində ciddi problemlər yaranıb. Maraqlıdır, indi niyə birdən–birə belə bir müzakirə başladı? Çünki terror təşkilatının “xidməti təyinatlar”ı deyilən təyinatlar iyun ayında həyata keçirilir. İyundakı təyinatlar və Fətullah Gülənin səhhətinin pis olması səbəbindən təşkilat daxilində qarışıq bir vəziyyət hökm sürür. Çünki bu təyinatlar bir qayda olaraq Gülənin qərarı ilə, icra və məşvərət komitəsinin və ya imamlarının tövsiyəsi ilə həyata keçirilirdi”.

H. Fırat daha sonra təşkilatdakı xaotik vəziyyəti ortaya qoyan, gündəmi sarsıdacaq bir məktubdan bəhs edib: “Otaya çıxan bir məktub var. Burada təşkilat daxilində yüksək vəzifəli şəxslər arasında gedən qarşıdurmaların təfərrüatları yer alıb. Məktubun müəllifi 2023-cü ildə təşkilatın yüksək səviyyəli heyətinin icra komitəsinin yenilənməsini xatırladır və Mustafa Özcan, Mustafa Yeşil kimi yüksək səviyyəli adların istefa verməyə məcbur edildiklərini diqqətə çatdırır. Məktubda o da bildirilir ki, icraiyyə komitəsinin dəyişməsi ilə qurumda hakimiyyət və maliyyə məsələrinə nəzarət əldən-ələ ötürülüb. İndi bu niyə vacibdir? Çünki bu tip dəyişikliklər təşkilat daxilində fraksiyaçılığı artırır”.

“FETO üzvləri - İsmayıl Büyükçelebi, Naci Tosun və Barbaros Kocakurt kimi keçmiş “böyük abilər” adlandırılan qrup “sakitləşdirilib”. Bu məktuba görə, FETO-da icra komitəsinin üzvləri - İsmayıl Aksoy və Adem Kalaç kimi adların dövrü başlayıb. Təşkilat daxilində gücünü itirən adlardan biri də Mustafa Özcandır. Mustafa Özcanın daha əvvəl Pensilvaniyadakı qərargahda qalmasına icazə verilmədiyi, sonrada yalnız bəzi günlərdə qərargahı ziyarət etməsinə icazə verildiyi bildirilir. Xatırlayırsınızsa, M. Özcan daha əvvəl üzərinə dinləmə cihazı yerləşdirməkdə ittiham olunmuşdu. İndi yenidən hakimiyyəti ələ keçirmək istəyən Mustafa Özcan buna görə də içəridəki qruplardan birinə başçılıq edir. Köhnə dostu isə Cevdet Türkyoludur. Onların hər ikisinin terror təşkilatı daxilində bir hərəkət etdiləri bildirilir.

Özcan və Türkyolu Fətullah Güləni indiki qərargahına cadu edildiyinə inandıraraq, onu ünvan dəyişikliyinə getməyə razı sala biliblər. Onlar Gülənin buradan ayrılacağı təqdirdə səhhətindəki problemlərin yaxşılaşacağını bildiriblər. Həmin məktuba görə, Fətullah Gülən 2024-cü ilin aprelində böyük bir ərazidə satın aldığı yeni evə köçüb. Terror təşkilatının lideri yalnız Cevdet Türkyolunun icazə verdiyi məhdud sayda adamlarla görüşür”,- deyə o bildirib.

Azpolitika.info