📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FETÖ-nün AZƏRBAYCAN ÜZRƏ CAVABDEH ŞƏXSİ TÜRKİYƏYƏ GƏTİRİLDİ - MİT əməliyyat keçirib

2023-04-14 16:00:00

FETÖ-nün AZƏRBAYCAN ÜZRƏ CAVABDEH ŞƏXSİ TÜRKİYƏYƏ GƏTİRİLDİ - MİT əməliyyat keçirib

FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun Türkiyəyə gətirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Anadolu” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Mehmet Cintosunun Türkiyəyə gətirilməsi Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.

Bildirilib ki, Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb. (APA)